|
|
|
|

İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib.
525.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin ölkənin şərqindəki Halmahera adasındakı Tobelo bölgəsindən təxminən 149 kilometr şimal-qərbdə olduğunu açıqlayıb. 6,6 bal gücündə zəlzələ 35 kilometr dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, can itkisinin olmadığı zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Məhəmməd Tağıyev



