|
|
|
|

ABŞ İsrailin Dəməşqə zərbə endirməsindən sonra İrana Yaxın Şərqdəki Amerika qüvvələrinə hücum etməməsi ilə bağlı xəbərdarlıq edib.
525.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller danışıb.
“Biz İran hökumətinə açıq şəkildə bildirdik ki, bu hadisədən ABŞ qoşunlarına və ya ABŞ-nin bölgədəki obyektlərinə hücum etmək üçün bəhanə kimi istifadə etməməlidir”.
Millerin sözlərinə görə, Vaşinqton İrana vəziyyəti gərginləşdirmək üçün heç bir addım atmamalı olduğunu göstərməkdə davam edəcək.
Xatırladaq ki, aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinin yanındakı binaya zərbələr endirib.
Havar Şəfiyeva



