İspaniya və Norveç hakimiyyəti Fələstini dövlət kimi tanımağa hazırdır, lakin hələlik konkret tarixlər yoxdur.
525.az Report-a istinadən xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançes Norveçdə keçirdiyi mətbuat konfransında deyib.
"Norveç və İspaniya bu addımı atmağa hazırdırlar. Biz Fələstini mümkün qədər tez tanımağa hazırıq", - o vurğulayıb. P.Sançes, həmçinin Yaxın Şərq nizamlanması üzrə beynəlxalq konfransın keçirilməsinin tərəfdarı olduğunu bildirib.
Bundan əvvəl İspaniyanın Baş naziri Madridin Fələstini iyula qədər tanıya biləcəyini qeyd edib.