“İran aprelin 12-də İsrailin hərbi obyektlərinə pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirəcək”.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə “CBS” telekanalı “Pentaqon”dakı mənbələrə istinadən xəbər yayıb.
Bildirilib ki, bu addım Dəməşqdəki İran konsulluğuna hücuma cavab xarakteri daşıyacaq.
Bu barədə ilk xəbəri “The Wall Street Journal” yayıb. Hücumub ya şimal, ya da cənub istiqamətindən həyata keçiriləcəyi iddia olunub.
Qeyd edək ki, “Axios” xəbər portalı isə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın almaniyalı həmkarı Annalena Berboku ölkəsinin mümkün cavab tədbirləri barədə məlumatlandırdığını yazıb.