Niderlandın xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Hanke Brüinse Slot İranın Haaqadakı səfiri Hadi Fərəcvəndi Xarici İşlər Nazirliyinə çağırmaq qərarına gəlib.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə avropalı diplomat sosial şəbəkədə yazıb.
“Dünən gecə İranın İsrailə təhlükəli hücumunu pislədiyimizi bildirmək üçün İranın Haaqadakı səfirini çağırmaq qərarına gəldim”, – o qeyd edib.