İran ümumilikdə 60 tona yaxın partlayıcı maddə daşıyan İsrailə müxtəlif tipli 350 mərmi atıb.
525.az “Report”-a istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari brifinqdə bildirib.
Onun sözlərinə görə, yalnız “bir neçə raket” ölkə ərazisinə çataraq “kiçik ziyan” vurub.
“İranın planı iflasa uğradı”, – o vurğulayıb.
Haqari əlavə edib ki, İsrail ordusu “hələ də yüksək hazırlıq vəziyyətindədir” və “mütəmadi olaraq vəziyyəti qiymətləndirir”.
“Biz həm hücum, həm də müdafiə hərəkətləri üçün əməliyyat planlarını təsdiqləmişik”, – Haqari qeyd edib.