ABŞ-nin maliyyə naziri Janet Yellen həftəsonu İsrailə qarşı hücumundan sonra İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
525.az APA-ya istinadən xəbər verir ki, Yellen bu gün Vaşinqtonda keçiriləcək Beynəlxalq Valyuta Fondunun illik konfransı zamanı sanksiyaları təqdim edəcək.
Nazir konfransda iştirak edən həmkarlarını da öz ölkələrində oxşar addımlar atmağa çağıracaq.