Ukrayna Prezidenti Vladimir Zelenski səfərbərlik haqqında yeni qanunu imzalayıb.
525.az APA-ya istinadən məlumatına görə, sənəd bir aydan sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Ali Radanın aprelin 11-də qəbul etdiyi qanun ölkə xaricində olanlar da daxil olmaqla, Ukrayna vətəndaşları barədə informasiyanın hərbi komissarlıqlara təqdim olunması, hərbi bileti üzərində olmayanların saxlanılması və s. məsələləri özündə ehtiva edir.
Sənəddə göstərilir ki, Hərbi Komissarlığın çağırışına gəlməyənlər cinayət məsuliyyətinə cəlb olunacaq.