|
|
|
|
Birləşmiş Ərəb Əmirliklərində həyata mənfi təsir göstərən güclü yağışlar səbəbindən bəzi reyslər təxirə salınıb.
525.az xəbər verir ki, güclü yağış müxtəlif bölgələrdə, xüsusən də paytaxt Əbu-Dabi və Dubay şəhərlərində həyata mənfi təsir göstərib. Belə ki, yağış səbəbindən daşqınlar baş verərkən, küçə və prospektlərdə bəzi avtomobillər su altında qalıb.
BƏƏ-nin hava yolu şirkətlərindən biri olan "Fly Dubai" əlverişsiz hava şəraiti səbəbindən bəzi reyslərini ləğv edərkən, bir çox reyslər də təxirə salınıb.
Qeyd edək ki, ölkədə polis və yerli administrasiyalar hazırlıq vəziyyətindədir və yağışlar çərşənbə axşamı günorta saatlarına qədər davam edəcək.
Məhəmməd Tağıyev