|
|
|
|
Koreya Respulikası ordusu Şimali Koreya ilə sərhəddə yerləşən Çeorvon bölgəsində artilleriya təlimi keçirib.
525.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, Koreya Respulikası ordusu dəniz piyadalarının iştirakı ilə hərbi təlim keçirildiyini açıqlayıb.
Şimali Koreya ilə sərhəddə yerləşən Çeorvon bölgəsində keçirilən artilleriya təliminin məqsədi quru və dəniz qüvvələri arasında əməkdaşlığı gücləndirmək olub.
Təxminən 450 əsgərin iştirakı ilə keçirilən təlimin “Şimali Koreya təhdidinə qarşı çəkindiriciliyi artırmaq üçün” təşkil edildiyi bildirilib.
Malik Atilay