Hindistanda aprelin 19-da başlayacaq və iyunun 1-dək davam edəcək ümumi seçkilər çərçivəsində 1 milyarda yaxın seçici federal parlamentin aşağı palatası olan Xalq Məclisi üzvlərini müəyyən etmək üçün səs verəcək.
525.az xəbər verir ki, nəticələri iyunun 4-də açıqlanacaq seçki 7 mərhələdən ibarət olacaq və təxminən 6 həftə davam edəcək.
Əyalətlərin müxtəlif vaxtlarda səs verəcəyi seçki prosesində Xalq Məclisi üzvlərini seçmək üçün təxminən 968 milyon seçici sabah səs verməyə başlayacaq.
Qeyd edək ki, çoxpartiyalı parlament demokratiyası ilə idarə olunan Hindistanda parlamentin iki palatası var: Əyalətlər Məclisi (Rajya Sabha) və Xalq Məclisi (Lok Sabha).
Məhəmməd Tağıyev