Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri iqtisadiyyat və rəqabət qabiliyyəti kimi məsələləri müzakirə etmək üçün Brüsseldə bir araya gəlib.
525.az xəbər verir ki, Aİ-yə üzv 27 ölkənin başçılarının iştirakı ilə Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Liderlər Sammitinin ikinci gün sessiyası başlayıb.
Sammitin girişində açıqlama verən Aİ Şurasının sədri Çarlz Mişel: "Avropanın daha çox investisiyaya ehtiyacı var", - deyib.
Liderlər arasında müxtəlif proqramlar üçün birgə borclanma ilə bağlı müzakirələr aparıldığına diqqət çəkən Mişel, bəzi ölkələrin birgə borclanmanın tərəfdarı, bəzilərinin isə əleyhinə olduğunu bildirib.
Məhəmməd Tağıyev