Amsterdamın yerli hökuməti kütləvi turizmlə mübarizə çərçivəsində bundan sonra yeni otel binalarının tikintisinə icazə verməyəcəyini bildirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, yerli hökumətin verdiyi açıqlamada: “Biz şəhər sakinləri və qonaqlar üçün yaşana bilən hala gətirmək və bunu qorumaq istəyirik", - deyilib.
Amsterdamda yeni otel ancaq o halda tikilə bilər ki, başqa bir otel bağlansın. Lakin bu qayda artıq icazə almış yeni otellərə şamil edilmir.
Bu, Niderland paytaxtının şəhərdə turizm problemini yüngülləşdirmək üçün həyata keçirdiyi tədbirlər silsiləsinin sonuncusudur.
Keçən il Amsterdam Şəhər Şurası kruiz gəmilərinin qadağan edilməsi və kruiz terminalının bağlanması üçün səs verib.
Qeyd edək ki, 2021-ci ildə çıxarılan "Balansda Amsterdam Turizmi" adlı nizamnaməyə görə, turizm rəqəmləri 18 milyon nəfərə çatarsa, şəhər şurası "müdaxilə etmək məcburiyyətindədir".
Malik Atilay