Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqı (Aİ) liderlərinə İsrailə verilən hava hücumundan müdafiə dəstəyinin ölkəsi üçün aktual məsələ olduğu barədə mesaj verib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski Brüsseldə keçirilən Aİ sammitinə videokonfrans vasitəsilə qoşulub.
Dünən Rusiyanın Çerniqovu raket hücumunda 14 nəfərin öldüyünü xatırladan Zelenski:
"Təəssüf ki, Ukraynada bir neçə gün əvvəl Yaxın Şərqdə gördüyümüz müdafiə səviyyəsinə malik deyilik. Müttəfiqlərin birgə gücü sayəsində onlar İsrailə istiqamətlənmiş demək olar ki, bütün raketləri və pilotsuz uçuş aparatlarını vura bildilər. İsrailin və digər regional ölkələrin səmasında olduğu kimi, Avropanı da ballistik raketlərdən və "Şahad"lardan, qanadlı raketlərdən və bombalardan qorumalıyıq. Bizim səmamız və qonşularımızın səması da eyni təhlükəsizliyə layiqdir."
Aprelin 13-də İranın İsrailə hava hücumunun qarşısının alınmasına ABŞ və Böyük Britaniyadan başqa, Aİ üzvü Fransa da dəstək verib.
Malik Atilay