|
|
|
|
Türkiyənin Tokat vilayətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib.
525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Tokatda bir ev və iki məscidin minarələri dağıdılıb. Bundan başqa, zəlzələnin təsiri ilə Yozgat şəhərində 3 ev ciddi zərər çəkib.
Tokatda təbii fəlakət zamanı bir nəfər xəsarət alıb.
Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları işləyir.