Birləşmiş Ştatlar və müttəfiqləri Şimali Koreyanın nüvə silahı proqramına nəzarət etmək üçün yeni mexanizm yaratmaq variantlarını müzakirə edib və Cənubi Koreya ilə birlikdə ona nəzarət etmək istəyir.
525.az "Fox News"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
“Mən həm Koreya Respublikası, həm Yaponiya, həm də həmfikir tərəfdaşlarla BMT daxilində və təşkilatdan kənar variantları inkişaf etdirməyi səbirsizliklə gözləyirəm”, – deyə diplomat Seulda mətbuat konfransında vurğulayıb.
Onun bəyanatında həmçinin BMT-nin KXDR-ə qarşı sanksiyalar rejiminin gücləndirilməsinə dair qətnaməsinə son səsvermədə bitərəf qalan Rusiya və Çindən də bəhs edilir. Onun fikrincə, Rusiya Şimali Koreya silahlarının alınması ilə bağlı Pxenyana təzyiq etmək istəmir. O, həmçinin Çini sanksiyaları dəstəkləmək istəmədiyinə görə tənqid edib.
Havar Şəfiyeva