Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen İranın İsrailə zərbə endirməsinə cavab verib və hər iki tərəfi növbəti hərbi əməliyyatlardan çəkinməyə çağırıb.
525.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Regionun sabit qalması və bütün tərəflərin gələcək addımlardan çəkinməsi tamamilə zəruridir”, - deyən siyasətçi Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırıb.
Havar Şəfiyeva