Belçika hökuməti Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) çoxillik maliyyə dəstəyi paketi qərarını qəbul edib.
525.az xəbər verir ki, Belçika Xarici İşlər Nazirliyindən verilən açıqlamada Belçikanın UNRWA-ya 2024, 2025 və 2026-cı illər üçün 27,5 milyon avro töhfə verəcəyi, 2024-cü il üçün ayrılan maliyyələşdirmənin isə 13,5 milyon avrosunun artıq ödənildiyi bildirilib.
Belçikanın inkişaf əməkdaşlığı naziri Karolin Gennez açıqlamasında: "Hazırda Qəzzada baş verənlər son 25 ilin ən pis humanitar böhranlarından biridir. Böyük əksəriyyətini qadınlar və uşaqlar təşkil edən 34 min insan həlak olub, 76 min nəfər yaralanıb, 1,5 milyondan çox insan isə köçkün düşüb. Tibbi yardım demək olar ki, yoxdur. Bu, beynəlxalq və humanitar hüququn bütün prinsiplərinə ziddir", - deyib.
Məhəmməd Tağıyev