ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general Pat Rayder tərəfindən edilən yazılı açıqlamada Ostin və Qallant arasında telefon danışığı olduğu bildirilib.
525.az xəbər verir ki, açıqlamada iki nazirin regional təhdidlər və İranın Yaxın Şərqdə sabitliyi pozan hərəkətləri mövzusunda fikir mübadiləsi apardıqları bildirilib. Ostin Aşdod limanında yeni marşrut da daxil olmaqla Qəzzə əhalisinə humanitar yardım axınının artırılması və davam etdirilməsinin vacibliyinə diqqət çəkib.
Pentaqon Qəzzanın Rəfah şəhərindəki vəziyyət və İsrailin mümkün hərbi əməliyyatı ilə bağlı İsrail rəsmiləri ilə müzakirələrin davam etdiyini açıqlamışdı.
Məhəmməd Tağıyev