Norveç qarşıdakı 12 il ərzində müdafiə sahəsinə təxminən 52 milyard avro xərcləyəcək.
525.az “Report”-a iatinadən xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Stören deyib.
Onun sözlərinə görə, Avropada təhlükəsizlik vəziyyəti kəskin şəkildə dəyişib:
“Potensialımızı artırmaq və NATO müttəfiqlərimizlə birlikdə təhlükəsizliyi, azadlığı, sülhü, demokratiyanı qorumaq üçün Norveç növbəti 12 il ərzində müdafiəyə sahəsinə təxminən 52 milyard avro xərcləyəcək. Biz hamımız bunun tərəfdarıyıq”.