Avropa İttifaqının (Aİ) bəzi ölkələri yaxın vaxtlarda Ukraynanı hava hücumundan müdafiə (HHM) sistemləri və onlar üçün sursatla təchiz etməyə başlaya bilər.
525.az Report-a istinadən xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Jozep Borrell Aİ ölkələrinin xarici işlər və müdafiə nazirlərinin Lüksemburqda keçirilən görüşünün yekunları üzrə bildirib.
O qeyd edib ki, Ukraynanın HHM sistemlərinə ciddi ehtiyacı var, təcili təchizat zəruridir və bir sıra Aİ ölkələri indidən təchizata başlamaq niyyətlərini bildiriblər.