"Hizbullah" Hərəkatı Livanda İsrail ordusuna məxsus "Hermes-450" tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, "Hizbullah"ın verdiyi açıqlamada Livanın cənubunda vurulan PUA ilə bağlı məlumat verilib.
Açıqlamaya görə, Livanın hava məkanını pozaraq hücuma keçmək istəyən İsrailə məxsus "Hermes-450" PUA Livanın cənubundakı Aişiya bölgəsində vurulub.
"Hizbullah"ın bəyanatında İsrail PUA-nın necə vurulduğu ilə bağlı hər hansı təfərrüat verilməyib.
İsrail ordusundan vurulma hadisəsi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
İsrail ordusu ilə "Hizbullah" arasında 8 oktyabr 2023-cü il tarixindən bu yana davam edən qarşıdurmalarda 283 "Hizbullah" üzvü, 54 Livan vətəndaşı, 19 Amal Hərəkatı, 13 HƏMAS, 12 "İslami Cihad" üzvü, 7 İsrail vətəndaşı və 12 əsgər həlak olub.
Malik Atilay