Suriyanın şərqindəki Homs əyalətində neft kəməri xəttində yanğın baş verib.
525.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, yanğın Furclus şəhərinin şərqindəki neft kəmərində başlayıb. Hadisə yerində yanğınsöndürmə briqadaları işləyir.
Qeyd edək ki, "Şam FM" radiosunun xəbərinə görə, yanğın yerində təcili xidmətlər bir nəfərin cəsədini tapıblar.
Havar Şəfiyeva