Cənubi Amerika ölkəsi Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib.
525.az xarici KİV-ə istinadən bildirir ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Ədalət Məhkəməsi tərəfindən qəbul edilib.
Hakim Josefina Miro Quesada bildirib ki, Estrada tibbi evtanaziya prosedurunu qəbul edib və o, öz iradəsi ilə həyatla vidalaşıb.
Belə ki, degenerativ xəstəlikdən əziyyət çəkən şəxs ölkə tarixində ilk dəfə evtanaziya edilib.
Malik Atilay