Krım körpüsündən avtomobillərin keçidi müvəqqəti olaraq dayandırılıb.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat verilib.
“Körpüdə və yoxlama zonasında olanlardan nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmələrini xahiş edirik”, - paylaşımda qeyd edilib.
Yolun bağlanmasının səbəbi açıqlanmayıb.