ABŞ dövlət katibinin silahlara nəzarət, çəkindirmə və sabitlik üzrə köməkçisi Mallory Stevart bildirib ki, Vaşinqton nüvə sınaqlarını bərpa etmək niyyətində deyil.
525.az bu barədə TASS-a istinadən xəbər verir.
"Bizim tərəfimizdən ABŞ-nin sınaqların keçirilməsində heç bir marağı yoxdur", - deyən diplomat sınaqların sabitliyi pozan təsirə malik olduğunu əlavə edib.
Havar Şəfiyeva