Türkiyənin xarici işlər naziri Hakan Fidan Ər-Riyadda Qəzza zolağı ilə bağlı təmas qrupunun iclasında İsrailə beynəlxalq təzyiqləri artırmağa çağırıb.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə TRT diplomatik mənbələrə istinadən məlumat yayıb.
“Nazir bildirib ki, beynəlxalq ictimaiyyətin İsrailin addımlarına reaksiyası güclənir və bu təzyiqi artırmaq lazımdır”, - telekanal qeyd edib.
Məlumata görə, təmas qrupunun iclasında İslam Əməkdaşlıq Təşkilatının sammitində qəbul olunacaq qərarlar müzakirə edilib.