
ABŞ-nin Texas, Oklahoma, Arkanzas və Kentukki ştatlarına təsir edən qasırğada ölənlərin sayı 24-ə yüksəlib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Texas ştatının Dallas şəhərində 2024-cü il prezident seçkilərində səs verməyə gedən seçicilər təxminən 100 səsvermə məntəqəsində elektrik enerjisinin olmadığını bildiriblər.
Dallas dairəsinin hakimi Kley Cenkins bölgədə "fəlakət vəziyyəti" elan edərək, elektrik enerjisinin kəsilməsinin bir neçə gün davam edə biləcəyini bildirib. Cenkins qeyd edib ki, fırtına və dolu səbəbindən elektrik kəsilməsindən zərər çəkən qocalar evləri generatorlara qoşulub.
Texasda 1 milyondan çox ev və iş yeri elektrik kəsintisindən təsirlənib.
Qeyd edək ki, Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin direktoru Deanne Criswell-in həftə sonu görülən tornadoların təsirlərini qiymətləndirmək üçün Arkanzasa səfəri gözlənilir.
Malik Atilay



