
İran lideri Əli Xamneyi ABŞ-də Fələstinə dəstək verən tələbələrin hərəkətlərini yüksək qiymətləndirib.
525.az İranın rəsmi agentliyi İRNA-ya istinadən xəbər verir ki, Xamneyi ABŞ-nin müxtəlif universitetlərində Fələstinə dəstək verən tələbələrə məktub yazıb.
Xamneyi məktubunda: "Tarixin doğru tərəfində idiniz. Amansız hökumətinizin işğalçı sionistləri açıq şəkildə dəstəkləməsinə baxmayaraq, şərəfli müqavimət seçdiniz", - deyib.
Fələstinin müsəlman, xristian və yəhudilərin köklü tarixi olan müstəqil bir diyar olduğuna diqqət çəkən Xamneyi ABŞ-nin İsrailə siyasi, iqtisadi və silah dəstəyi verdiyini vurğulayıb.
ABŞ-nin onlarla universitetində İsrailə qarşı etiraz aksiyaları keçirildiyini xatırladan İran lideri tələbələrlə ortaq hisslərdəolduğunu qeyd edib.
Malik Atilay



