
ABŞ okeanlar tərəfindən kifayət qədər qorunmur və buna görə də təhlükəsizliyini təmin etmək üçün NATO müttəfiqlərinə ehtiyacı var.
525.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq “La Vanguardia” nəşrinə müsahibəsində deyib.
“NATO Avropa üçün yaxşıdır, biz 75 ildir ki, qitədə sülhün qorunmasına kömək etmişik. Heç bir böyük dövlətin NATO üzvləri kimi 30-dan çox dostu və müttəfiqi yoxdur", - deyə o qeyd edib.
Havar Şəfiyeva



