
III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin birinci mərhələsi başa çatıb.
Qaydalara görə, ölkələrdə hekayələrin qəbulu sentyabrın 30-dək aparılıb. Azərbaycanda müsabiqəyə 22 müəllif 31 hekayə ilə qatılıb. Hekayələr 6 nəfərdən ibarət münsiflər heyətinə təqdim olunub. Münsiflər oktyabr ayı ərzində hekayələri oxuyaraq 10 ballıq sistemlə qiymətləndirəcək və noyabrın 1-də nəticələr açıqlanacaq.
25-ə yaxın ölkəni əhatə edən müsabiqənin ikinci turunda ölkələr üzrə birinci yer tutanların əsərləri Türkiyə türkcəsinə çevrilərək ayrı-ayrı türkdilli ölkə yazarlarından təşkil edilmiş münsiflər heyətinə təqdim ediləcək.
Ölkələrarası mükafatların təqdimatı isə bu ilin dekabr ayında Bakıda keçiriləcək.
S.ABDULLAYEVA



