Britaniyanın dünyaca məşhur “The Beatles” musiqi qrupunun üzvü Con Lennona məxsus “itirilmiş gitara” ABŞ-nin Nyu-York şəhərində keçirilən auksionda təxminən 2,9 milyon dollara satılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Julien Auction House tərəfindən verilən açıqlamada İngiltərənin məşhur "The Beatles" musiqi qrupunun 1980-ci ildə öldürülən vokalisti Lennonun 50 ildir itmiş, bu günlərdə tapılan 12 simli akustik gitarasının hərraca çıxarıldığı bildirilib
Hərrac Evinin açıqlamasında gitaranın rekord qiymətə - 2 milyon 857 min dollara satıldığı vurğulanıb.
Qeyd edək ki, gitaradan Lennon və qrupun üzvü, gitaraçı Corc Harrison tərəfindən 1965-ci ildə çıxan "Help" və "Rubber Soul" albomlarının çəkilişi zamanı istifadə edildiyi bildirilib.
Malik Atilay