Ukrayna Kerç boğazında Rusiya bərələrinə qarşı əməliyyat keçirib.
525.az xəbər verir ki, Rusiya-Ukrayna cəbhəsində münaqişələr səngimək bilmir. Belə ki, Ukrayna Ordusu Krımdakı birliklərini təchiz etmək üçün istifadə etdiyi Kerç boğazında əməliyyat keçirib.
Ukrayna ordusu boğazdakı bərələri raketlərlə vurub.
Əməliyyat nəticəsində təchizat xəttinin bağlandığı və 2 Rusiya bərəsinə ciddi ziyan dəydiyi açıqlanıb.
Məhəmməd Tağıyev