
İyunun 3-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqdən 360 km aralıda yerləşən Hələb şəhərinə endirdiyi aviazərbə nəticəsində İranın Suriyadakı hərbi müşaviri ölüb.
525.az Report-a istinadən xəbər verir ki, bu barədə İranın SNN telekanalı məlumat yayıb.
Məlumata görə, Səid Abiyar İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçilərindən olub.



