
Portuqaliyada nümayiş uçuşu zamanı iki təyyarə havada toqquşub.
525.az xəbər verir ki, Portuqaliya Hərbi Hava Qüvvələrindən verilən açıqlamada: "Beja aviaşousunda yerli vaxtla saat 16:05-də hava şousu zamanı iki təyyarə qəzaya uğrayıb", - deyə bildirilib.
Qeyd edək ki, yerli mətbuatın məlumatına görə, bir pilot həyatını itirib, toqquşmada iştirak edən digər təyyarə isə eniş etməyi bacarıb.
Məhəmməd Tağıyev



