
Yaponiyanın qərbindəki İşikava prefekturasında 6 bal gücündə zəlzələ baş verib.
525.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) verdiyi məlumata görə, Noto yarımadasının şimal-şərq sahilində, İşikavanın Suzu şəhərində 6 bal gücündə zəlzələ baş verib. Agentlik ilk mərhələdə elan etdiyi 5,9 ballıq dəyərini 6-a yeniləyib.
Yerli vaxtla saat 06:31-də 10 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Qeyd edək ki, Noto yarımadasında yerləşən Vacima şəhərində 5 bina uçub.
Məhəmməd Tağıyev



