
ABŞ Prezidenti Cozef Bayden ölkəsinin cənub sərhədini qanunsuz keçən miqrantlara sığınacaq verilməsini qadağan edib.
525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Bayden bu qərarın müvəqqəti xarakter daşıdığını əlavə edib.
Məhdudiyyətlər ABŞ-nin Meksika ilə sərhədində miqrant axınının limiti keçdiyi dövrlərə şamil ediləcək.



