
Pakistanın Kəraçi şəhərində on minlərlə insan Fələstinə dəstək nümayişi keçirib.
525.az xəbər verir ki, havaların isti keçməsinə baxmayaraq, Camaat-i İslami Partiyasının Kəraçidə təşkil etdiyi "Bütün gözlər Rəfahda" yürüşündə on minlərlə insan iştirak edib. İsrailə etiraz edən nümayişçilər əllərində "Qəzzada soyqırımı dayandırın" yazılı plakatlar qaldırıb.
Fələstin bayraqları daşıyan və keffiye geyinən nümayişçilər arasında çoxlu xristianların olması diqqət çəkib.
Məhəmməd Tağıyev



