
Avstraliya əsgər sayını artırmaq üçün xarici vətəndaşların da orduya cəlb ediləcəyini açıqlayıb.
525.az xəbər verir ki, Avstraliya Baş nazirinin müavini və müdafiə naziri Riçard Donald Marles Avstraliya Silahlı Qüvvələrindəki 4400 nəfərlik boşluğu doldurmaq üçün addımlar atıldığını bildirib. Belə ki, Marles Yeni Zelandiya, ABŞ, Böyük Britaniya və Kanada vətəndaşlarının da orduya qatılmasına icazə veriləcəyini açıqlayıb.
Qeyd edək ki, Avstraliyada yaşayan Yeni Zelandiya vətəndaşları iyul ayından, ABŞ, Britaniya və Kanada vətəndaşları da 2025-ci ilin yanvarından orduya qoşula biləcək.
Məhəmməd Tağıyev



