
Pakistanın Bəlucistan əyalətində kömür mədənində qaz sızması nəticəsində 11 nəfər həyatını itirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Kvetta əyalətinin dağ-mədən müfəttişi Əbdül Qani Baloch bildirib ki, Kvetta yaxınlığındakı mədəndə qaz sızması baş verib.
Hadisədə 11 nəfərin boğularaq həyatını itirdiyini açıqlayan Baloç, bütün cəsədlərin mədəndən çıxarıldığını və onların hava yolu ilə daşınması üçün hazırlıqların görüldüyünü bildirib.
Dövlət rəsmiləri qəza ilə bağlı araşdırmalara başlanıldığını da qeyd ediblər.
Qeyd edək ki, mart ayında Bəlucistan əyalətində başqa bir şaxtada baş verən partlayışda 12 nəfər həyatını itirmişdi.
Malik Atilay



