
ABŞ-nin Beyrutdakı səfirliyinə silahlı hücum təşkil edilib.
525.az xəbər verir ki, Livan ordusunun "X" hesabında edilən açıqlamada ABŞ səfirliyinə atəş açan şəxsin Suriya vətəndaşı olduğu bildirilib.
Hücum edən şəxsin Livan qüvvələri tərəfindən vurularaq yaralandığı və daha sonra müalicə üçün xəstəxanaya aparıldığı bildirilib. Hücumla bağlı istintaq davam edir.
Qeyd edək ki, səfirliyin ətrafına yerləşdirilən ordu hissələrinin əraziyə baxış keçirdiyi və ərazinin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlərin görüldüyü vurğulanıb.

Məhəmməd Tağıyev



