
ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.
525.az APA-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.
Bildirilib ki, dövlət katibi Blinken iyunun 10-da İsrailə gedəcək.
Bu, oktyabrın 7-də HAMAS-ın İsrailə hücumundan və Qəzzada başlayan müharibədən sonra Blinkenin ölkəyə səkkizinci səfəri olacaq.



