
Meksika ABŞ-dən deportasiya edilən qeyri-qanuni mühacirlərin Meksika əvəzinə öz vətəndaşı olduqları ölkələrə geri göndərilməsini təmin etməyə çalışacaqlarını bildirib.
525.az xəbər verir ki, Meksika Prezidenti Andres Manuel Lopez Obrador mətbuat konfransında ABŞ-də qeyri-qanuni mühacirlərin girişinə Meksika sərhədini müvəqqəti bağlayan prezident fərmanının imzalanmasını qiymətləndirib.
Obrador Birləşmiş Ştatların Meksikadan olmayan qeyri-qanuni mühacirləri deportasiya etmək qərarına gələrsə, bu insanların Meksikaya deyil, birbaşa vətəndaşı olduqları ölkələrə göndərilməsini ehtiva edən razılaşma axtardıqlarını qeyd edib.
Obrador: "Bununla bağlı heç bir problemimiz yoxdur. Biz onların hamısına çox yaxşı yanaşırıq, lakin niyə onların birbaşa göndərilməsi ilə bağlı razılaşma olmasın?", - deyib.
Məhəmməd Tağıyev



