
Yunanıstanın əsas müxalifət partiyası olan Radikal Sol Alyansın lideri Stefanos Kaselakis İsrailin Qəzzada Birləşmiş Millətlər Təşkilatının məktəbinə hücumundan sonra Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis hökumətinin Fələstin Dövlətini tanımasını tələb edib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanın əsas müxalifət partiyası Radikal Sol Alyansın (SYRIZA) lideri Stefanos Kaselakis "X" sosial media hesabındakı paylaşımında İsrailin Birləşmiş Millətlər Təşkilatının (BMT) məktəbinə hücumu nəticəsində onlarla uşağın həyatını itirdiyinə diqqət çəkib.
Yunanıstanın Baş naziri Mitsotakisin Fransanın Normandiyaya enişinin 80-ci ildönümü münasibəti ilə Fransaya səfərini xatırladan Kaselakis: "Onu Qəzzadakı soyqırımla bağlı dəqiq mövqe tutmağa çağırıram", - deyib.
Qeyd edək ki, İsrail ordusunun fələstinli qaçqınların sığındığı məktəbə təşkil etdiyi hücumda 27 nəfərin öldüyü, onlarla insanın yaralandığı açıqlanıb.
Xatırladaq ki, İspaniya, Norveç və İrlandiya da mayın 28-də Fələstini rəsmən tanımaq qərarına gəliblər.
Malik Atilay



