
ABŞ, İngiltərə, Almaniya, Fransa, Kolumbiya və Tailand da daxil olmaqla 17 ölkənin liderləri birgə bəyanatlarında HƏMAS-ı “İsrailin atəşkəs təklifini qəbul etməyə” çağırıblar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ, İngiltərə, Almaniya, Fransa, Kolumbiya və Tayland da daxil olmaqla 17 ölkənin liderləri ortaq bəyanatla çıxış ediblər. Bəyanat mayın 31-də ABŞ Prezidenti Co Bayden tərəfindən açıqlanıb. Bəyanata görə, Qəzzada 3 mərhələli atəşkəs təklif edilir.
Liderlər HƏMAS-ın saxladığı məhbuslar arasında öz vətəndaşlarının da olduğuna diqqət çəkiblər.
Bayden isə açıqlamada, sözügedən ölkələrin atəşkəs və məhbusların azad edilməsi təklifini dəstəklədiyi qeyd edilib.
Tərəflərin uzlaşmaya çağırıldığı ortaq bəyanatda: "Müharibəyə son qoymağın vaxtı gəldi. Bu razılaşma zəruri başlanğıc nöqtəsidir", - deyilib.
Qeyd edək ki, birgə bəyanatı ABŞ, Argentina, Avstriya, Braziliya, Bolqarıstan, Kanada, Kolumbiya, Danimarka, Fransa, Almaniya, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, İspaniya, Tailand və Böyük Britaniya liderləri imzalayıblar.
Malik Atilay



