Nigeriyanın Zamfara və Katsina əyalətlərində baş verən silahlı hücumlarda 42 nəfər həyatını itirib.
525.az xəbər verir ki, Zamfara əyalətinin polis komissarı Məhəmməd Şehu Dalican verdiyi açıqlamada səhər tezdən əyalətin Maqarya kəndinə gələn motosikletli təxminən 300 silahlı dəstə üzvünün atəş açdığını bildirib.
Hücumda 7-i polis olmaqla 12 nəfərin öldüyünü bildirən Dalican, bölgəyə əlavə qüvvələrin göndərildiyini və istintaq başladıldığını qeyd edib.
Belə ki, silahlı dəstə üzvləri Katsina əyalətinin Dutsinma və Safana kəndlərinə də hücum edib. İki kəndə hücumda 30 nəfərin öldüyü, çox sayda insanın yaralandığı vurğulanıb.
Məhəmməd Tağıyev