Fələstinə dəstək üçün təxminən bir aya yaxındır İspaniyanın paytaxtı Madriddəki Complutense Universitetinin kampusunda çadır qurub gecələyən tələbələr yol bağlama aksiyası keçiriblər.
525.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 100-ə yaxın universitet tələbəsi Madrid şəhər mərkəzində kampusdan keçən yola çadırlarını daşıyaraq yolu bağlayıb, nəqliyyatı 2 saat dayandırıb.
Xəbərdarlıqdan sonra polis nümayişçilərə müdaxilə edərək dinc etiraz edən və onlara müqavimət göstərməyən tələbələri bir-bir yoldan uzaqlaşdırıb.
“Yaşasın Fələstin” mahnısını birlikdə oxuyan və əl-ələ tutaraq insan zənciri əmələ gətirən tələbələrə ətrafa toplaşan dostları da alqışlarla dəstək olub.
Qeyd edək ki, polisin fövqəladə tədbir gördüyü etiraz aksiyası dincliklə başa çatıb.
Malik Atilay