|
|
|
|
ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib ki, İsrail Qəzzada müharibədə qalib gəlməli və işi tez bitirməlidir.
525.az xarici KİV-ə əsasən bildirir ki, Tramp "Fox News" televiziyasına verdiyi müsahibədə Qəzzadakı son vəziyyəti və ABŞ-İsrail münasibətlərini dəyərləndirib.
Oktyabrın 7-də İsrailin yaşadıqlarının unudulduğunu iddia edən Tramp bu hücumların xatırlanması və İsrailin Amerika siyasətində “əvvəlki kimi” güclü olması lazım olduğunu bildirib.
Malik Atilay