Konqo Demokratik Respublikasının şərqində üsyançı qrupun mülki şəxslərə qarşı hücumu nəticəsində azı 50 mülki şəxs həyatını itirib.
525.az xarici KİV-ə istinadən bildirir ki, Demokratik Alyans Qüvvələri (ADF) üsyançı qruplaşmasının üzvləri ölkənin şərqindəki Şimali Kivu əyalətinin Beni bölgəsində dinc sakinlərə qarşı silahlı hücum həyata keçirib.
Çox sayda evin talan edilərək yandırıldığı hücumda ən azı 50 mülki vətəndaş həyatını itirib.
Hücumdan sonra təhlükəsizlik qüvvələri bölgədə əməliyyata başlayıb.
1990-cı illərin sonundan Uqanda və Konqo Demokratik Respublikasında fəaliyyətə başlayan ADF Uqanda Milli Azadlıq Ordusu (NALU), Uqanda Müsəlman Qurtuluş Ordusu və Təbliğ Camaatı kimi hərəkatların keçmiş üzvlərinin bir araya gəlməsi ilə yaradılıb.
Qeyd edək ki, 2014-cü ildən bəri ADF-nin hücumları nəticəsində minlərlə dinc sakinin öldüyü, yüz minlərlə insanın isə didərgin düşdüyü bildirilir.
Malik Atilay