Yunanıstanda keçirilən Avropa Parlamenti (AP) seçkilərinin qeyri-rəsmi nəticələrə görə qalib hakim Yeni Demokratiya (ND) olub.
525.az xəbər verir ki, AP-ə 21 millət vəkili göndərmək hüququna malik olan Yunanıstan Daxili İşlər Nazirliyinin açıqladığı qeyri-rəsmi məlumatlara görə, hakim ND partiyası AP-də 7, ana müxalifət olan Radikal Sol Koalisiya (SYRIZA) 4, Panhellenik Sosialist Hərəkatı (PASOK) 3, Yunan Həll Partiyası 2, Yunanıstan Kommunist Partiyası (KKE) 2, Qələbə Partiyası, Azadlıq Yolu və Ağılın Səsi Partiyası isə 1 yer əldə edib.
Belə ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuata açıqlamasında bazar günü keçirilən AP seçkilərində məqsədlərinə çata bilmədiklərini bildirib.
Məhəmməd Tağıyev